AÖS birbaşa və dolayı iştirakçılar arasında hesablaşmaların 24/7/365 rejimində aparılması üçün istifadə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Hesablaşmalar birbaşa iştirakçıların AÖS hesabları və dolayı iştirakçıların texniki hesabları vasitəsilə həyata keçirilir. Dolayı iştirakçı texniki hesab vasitəsilə birbaşa iştirakçının hesablaşma hesabına bağlanır. Müqavilə tərəflər arasında münasibətləri tənzimləyir. İştirakçılar QTŞ-yə qoşulmalıdır. Daxili informasiya resursları AÖS komponentləri ilə inteqrasiya edilməlidir. Təhlükəsizlik BSXM-in sertifikatları ilə təmin olunur. Autentifikasiya bütün iştirakçılar üzrə aparılır.
