Birbaşa iştirakçı müştəri və bank ödənişlərini AZIPS-ə müəyyən formatlarda göndərir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Kredit köçürmələri qəbul edilərkən valyutalaşma tarixi yoxlanılır. Eyni zamanda əməliyyat nömrəsi təkrarlanmaz və BİK, VÖEN uyğunluğu təmin olunur. Müxbir və cari hesabların düzgünlüyü yoxlanılır. Uyğunluq olmadıqda AZIPS köçürməni icra etmir.