Cavab kartları yoxlanıldıqdan sonra nəticələr Mərkəzin arxivinə təqdim edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.

Nəticələr imtahan tarixindən 1 gün ərzində sayt və şəxsi kabinetdə elan olunur. Razı olmayan mütəxəssis şikayət verə bilər. Şikayət Nazirliyə, Mərkəzə və məhkəməyə edilə bilər. Şikayət 5 iş günü ərzində Komissiyaya təqdim olunur. Komissiya azı 3 nəfərdən ibarət tərkibdə formalaşdırılır. Üzv ardıcıl 2 dəfə Komissiyada iştirak edə bilməz.