XÖHKS birbaşa iştirakçılar tərəfindən ödəniş paketlərinin toplanılması və klirinq üçün istifadə olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

İştirakçı QTŞ-yə qoşularaq məlumat mübadiləsini təmin edir. STP-Adapter proqram təminatı server avadanlıqlarına quraşdırılır. İnformasiya mübadiləsinin təhlükəsizliyi BSXM-in sertifikatları ilə təmin olunur. Hər hansı texniki problem Mərkəzi Bank tərəfindən həll edilir.