Təbii mühitdə məskunlaşan arı ailələrinin talan edilməsi qanunla qadağan olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.
Arıların yerləşdiyi ağac koğuşlarının qorunması həmin ərazilərin istifadəçilərinin öhdəliyinə verilir.
Bal götürülməsi yalnız arı ailəsinə zərər vurulmadıqda həyata keçirilə bilər.
