Arıçılığın maliyyə təminatı müxtəlif mənbələr – əldə olunan vəsaitlər, dövlət büdcəsi ayırmaları, investisiyalar, kreditlər, qrantlar və ianələr hesabına formalaşır.
Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.
Dövlət arıçılığın inkişafı, seleksiya-damazlıq işləri və müasir texnologiyaların tətbiqi üçün əlverişli iqtisadi və hüquqi mühit yaradır. Bu dəstək arıçılığın maddi-texniki bazasının möhkəmlənməsinə şərait yaradır.
