Arıçılıq təsərrüfatları statistik məlumatları müəyyən olunmuş qaydada icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.
Təsərrüfatlardan alınan məlumatlar ölkədə arıçılıq sektorunun inkişaf istiqamətlərinin müəyyən edilməsinə xidmət edir. Bu məlumatlar həmçinin istehsal həcmlərinin proqnozlaşdırılması üçün də vacibdir.
