Buraxılış vərəqəsi QR kod ilə təmin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.
Vərəqdə mütəxəssisin adı, soyadı, FİN kodu və digər məlumatlar göstərilir. İmtahan yeri və tarixi vərəqdə əks olunur. Buraxılış vərəqəsi 30 gün əvvəl təqdim edilməlidir. İşləyən mütəxəssislərə vərəq şəxsi kabinet və müəssisəyə göndərilir. Vərəq hüquq və vəzifələri əks etdirir. İmtahana giriş yalnız vərəq və şəxsiyyət sənədi ilə mümkündür.
