Hacıqabulda minik avtomobili aşıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Nəticədə Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Nihad Taleh oğlu ölüb, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və daha 1 nəfər xəsarət alıb.
xəsarət alıb.
