İxrac nəzarətinə düşən malların hansı ölkələrə ixrac edilə biləcəyi və hansı hallarda məhdudiyyət qoyulacağı dövlət tərəfindən müəyyənləşdiriləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “İxrac nəzarəti haqqında” qanunda əksini tapıb.

Qadağan edilmiş dövlətlər və son istifadəçilərin siyahısı rəsmi şəkildə təsdiqlənəcək. Bu, beynəlxalq təhlükəsizlik öhdəliklərinə uyğun addımdır.