Komissiya şikayəti 30 gün ərzində əyani və ya onlayn baxır.
Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.
Mütəxəssis şikayət baxılmasında iştirak edə bilər. İştirak etmədikdə şikayət baxılmamış qalır. Üzrlü səbəbdən iştirak etməyənlər üçün şikayət növbəti 1 ay ərzində baxılır. Sualları hazırlayan şəxslər Komissiya iclasına dəvət oluna bilər. Lakin qərarın qəbulunda iştirak edə bilməz. Şikayətə baxıldıqdan sonra müvafiq qərar qəbul edilir.
