Məktəbəqədər təhsil müəssisələrinin lisenziyası 1250 manatdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.
Ümumi təhsil müəssisələri 10 000 manat, ali təhsil müəssisələri 13 750 manatdır. Rabitə xidmətləri üzrə mobil rabitə lisenziyası 1 000 000 manatdır. Digər xidmətlər IP-telefoniyadan beynəlxalq telekommunikasiyaya qədər müxtəlif məbləğlərdədir.
