Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib.
Heftelik.az Globalinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.
Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.
Əminağa Sadıqov bu il fevralın 12-də Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub.
