XÖHKS-də hesablaşmalar birbaşa iştirakçıların klirinq hesabları vasitəsilə aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Ödəniş paketləri kredit köçürmələrindən (pacs.008) və debitləşmədən (pacs.003) ibarət olur. Ödəniş fayllarının göndərilmə ardıcıllığı əsas götürülür. Klirinq hesablarının debet limiti AZIPS vasitəsilə idarə olunur. Sorğuların emal nəticəsi real vaxt rejimində XÖHKS-ə göndərilir.