İsveçrənin Kran-Montana şəhərində yerləşən dağ-xizək kurortunda bir barda partlayış, daha sonra yanğın olub.
APAxəbər verir ki, bu barədə “Le Nouvelliste” nəşri məlumat yayıb.
Qeyd edilib ki, 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində “Le Constellation” adlı iki mərtəbəli barda hələlik müəyyən edilməyən səbəbdən güclü partlayış baş verib. Partlayışdan sonra binada genişmiqyaslı yanğın başlayıb.
Nəticədə 40 nəfər həyatını itirib, 100-ə yaxın insan yaralanıb.
RTS telekanalının mənbəsinin verdiyi məlumata görə, xəsarət alanların bir çoxu ağır yanıq xəsarətləri alıb.
Partlayışın səbəbləri hələlik məlum deyil.
İsveçrə polisi hadisənin terrorla əlaqəli olmadığını açıqlayıb.
