İranda etiraz aksiyalar davam edir.

Heftelik.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran rejiminə xəbərdarlıq edib.

Donald Tramp bildirib ki, əgər İran həmişəki kimi dinc etirazçılara atəş açsa və onları öldürsə,  ABŞ etirazçıların köməyinə gələcək.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə ABŞ Prezidentinin xəbərdarlığa münasibət bildirib: “Biz etiraz edən sahibkarların mövqeyini təxribatçı elementlərdən ayrı bilirik və Tramp bilməlidir ki, Amerikanın bu daxili məsələyə müdaxiləsi bütün regionun sabitliyinin pozulmasına və ABŞ maraqlarının məhvinə bərabərdir”.