ABŞ Hərbi Hava Qüvvələrinin Venesuelanın paytaxtı Karakas və digər ərazilərdəki hərbi bazalara zərbə endirib, Karakasa desant qüvvələri endirilib.
eftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində paylaşımında Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutulduğunu bildirib.
Donald Tramp Nikolas Maduro və arvadının yaxalanaraq ölkədən çıxarıldığını açıqlayıb: “ABŞ Venesuelaya və onun lideri, Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyatı uğurla həyata keçirib. Nikolas Maduro arvadı ilə birlikdə ələ keçirilib və ölkədən çıxarılaraq başqa yerə aparılıb”.
Donald Tramp bildirib ki, bu gün yerli vaxtla saat 11:00-də (Bakı vaxtı ilə saat 20.00) Mar-a-Laqo-da mətbuat konfransı keçirəcək, Venesuela əməliyyatı barədə ətraflı açıqlama verəcək.
Bu arada CNN Venesuela Prezidenti Nikolas Maduro və onun arvadı Siliya Floresin ABŞ-ın xüsusi təyinatlı “Delta Force” birliyi tərəfindən ələ keçirildiyi barədə məlumat yayıb.
Əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki olmayıb. Venesuela tərəfindən də itkilərlə bağlı açıqlama verilməyib.
“Delta Force” birliyi daha əvvəl 2019-cu ildə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyü əməliyyatda iştirak etmiş elit xüsusi təyinatlı qüvvədir.

