Türkiyədə zəlzələ olub.

Heftelik.az-ın Türkiyə Fəlakətlərin İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 20.27-də Elazığın Baskil rayonunda 4.7 maqnitudalı zəlzələ olub.

Zəlzələnin ocağı 9.85 km dərinlikdə yerləşib, Malatya, Şanlıurfa, Diyarbəkır və digər ətraf bölgələrdə hiss edilib.

İlkin məlumata görə, dağıntı və tələfat qeydə alınmayıb.