Mandatlı qaydada ödənişlər üçün benefisiar iştirakçı XÖHKS-ə sorğu (pain.009) göndərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Mandat emitent iştirakçı tərəfindən təsdiq olunmalıdır (pain.012). Mandatsız ödəniş paketləri də birbaşa debitləşmələrdən ibarət hazırlanır və XÖHKS-ə göndərilir. Ödəniş paketləri uyğun olduqda emala qəbul edilir, əks halda benefisiara imtina bildirişi (admi.002) verilir. Bu proses həm mandatlı, həm də mandatsız əməliyyatları əhatə edir.
