Mütəxəssis tapşırığın cavabının yanlışlığını və ya birdən çox doğru cavab olduğunu sübuta yetirə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.
Komissiya xeyrinə qərar qəbul edir. Protokol tərtib olunur. Sual mərkəz tərəfindən test bankından çıxarılır. Redaktə olunarsa, yenidən test bankına daxil edilir. Sual kitabçasında qeydlər hüquqi əhəmiyyət daşımır. Cavab kartı əsas götürülür.
