Namizədə saxta sənəd təqdim etmək qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.
İmtahana sərxoş gəlmək qadağandır. Mobil telefon və digər rabitə vasitələrindən istifadə qadağandır. İmtahan zamanı icazəsiz yerini dəyişmək olmaz. Başqasının cavab vərəqinə baxmaq və ya təsir göstərmək qadağandır. Cavab vərəqini təhvil vermədən zalı tərk etmək olmaz. İmtahan binasına təhlükəli əşyalarla daxil olmaq qadağandır.
