Azərbaycan daşıyıcılarına digər dövlətlərdə əlavə rüsum tətbiq edilirsə, eyni qayda xarici daşıyıcılara da tətbiq olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

Bu prinsiplə beynəlxalq daşımalar üzrə ədalətli rəqabət təmin edilir. Xarici yük avtomobilləri və qoşqulu vasitələr müəyyən müddət üçün azad edilə bilər. Azadolmalar 2016-cı ilin iyunundan 3 il müddətinə tətbiq olunur.