Dünən saat 17:30 radələrində 2015-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Heftelik.az xəbər verir ki, bu barədə  Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

“Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 05.01.2026-cı il tarixində saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib”, deyə məlumatda qeyd olunub.

***

saat 16.01

Salyanda 11 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Salyan şəhər sakini 2015-ci il təvəllüdlü E.N. yüksək hərarətlə xəstəxanaya daxil olub. Azyaşlının xəstəxanada inyeksiyadan şoka düşərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.