Azərbaycan ixrac nəzarəti və kütləvi qırğın silahlarının yayılmaması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarda iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İxrac nəzarəti haqqında” qanunda əksini tapıb.
Ölkə çoxtərəfli və ikitərəfli tədbirlərdə fəal iştirak edərək beynəlxalq öhdəliklərini yerinə yetirir. Bu, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir.
