XÖHKS-də birbaşa iştirakçılar məcburi və ya məcburi olmayan avtorizasiya rejimində işləyə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Məcburi rejimdə emitent iştirakçı ödəniş paketlərini icra üçün təsdiqləməlidir. Təsdiqləmə edilmədikdə sistem paketləri icra etmir və benefisiara bildiriş göndərilir (pacs.002). Məcburi olmayan rejimdə imtina bildirişi göndərilmədikdə paket növbəti sessiyaya daxil edilir. Bu, əməliyyatların düzgün və təhlükəsiz aparılmasını təmin edir.