Hələbdə Suriya Ordusu və PKK-nın Suriya qolu SDQ arasında toqquşmalar olub, 4 nəfər ölüb.
Heftelik.az “Al Arabiyya” telekanalına istinadən xəbər verir ki, Suriya Ordusu SDQ-nin hücumlarında bir əsgər və iki mülki şəxsin həlak olduğunu bildirib.
SDQ isə Suriya Ordusunun hücumları nəticəsində bir mülki şəxsin öldüyünü və 17 nəfərin yaralandığını bildirir.
Qeyd edək ki, SDQ ötən ilin sonuna qədər Suriya Ordusuna inteqrasiya olunmalı idi.
Türkiyə SDQ-nin Suriya Ordusuna inteqrasiyasını qırımızı cizgisi sayır, PKK-nın Suriya qoluna qarşı hərbi əməliyyat varinatını istisna etmir.
