Zərgərlik RÜSUMLARI

06 Yanvar 2026, 01:19

Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması 1 məmulat üçün 2 manatdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

Eyni məbləğ qiymətli metalların və daşların ekspertizası üçün də tətbiq olunur. Hər bir qiymətli daşın adının və keyfiyyətinin təyini 20 qəpikdir. Analiz üçün isə 6 manat rüsum ödənilir.