Türkiyədə qeyri-adi hadisə baş verib.

Heftelik.az Bakupost.az-a istinadən  xəbər verir ki, hadisə ölkənin Aydın vilayətində baş verib.

Adı açıqlanmayan Aydın sakininin 2015-ci ildə vəfat edən atasının yas mərasimində yarım ton donuz ətindən ehsan verdiyi üzə çıxıb.
Belə ki, mərasimdə iştirak edən 3 mindən çox insana ehsan kimi donuz ətindən hazırlanan qovurma ilə düyü verilib.
Hadisənin üzə çıxmasına səbəb ehsan verən şəxsin din xadimindən bu işin günah, yoxsa savab olmasını soruşması olub.