Azərbaycanlı atıcı Rəna Əsgərova cəzalandırılıb.

Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

Onun nümunəsində qadağan edilmiş maddə (S4.Hormon və Metabolik Modulyatorlar/ Trizmetazidin) aşkarlanıb.
Rəna Əsgərova AMADA tərəfindən üç il müddətinə yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 2025-ci ilin iyulun 16-dan hesablanır.