Birbaşa iştirakçı XÖHKS-dən daxil olmuş ödəniş paketləri üzrə sessiya ərzində icra rejimini izləyə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Məcburi avtorizasiya tələb olunan paketlərdə emitent iştirakçı imtina etmək istədikdə sistemə müvafiq bildiriş (pacs.002) göndərir. Paketlərin icrası yalnız emitent iştirakçı tərəfindən təsdiq olunduqda həyata keçirilir. Məcburi olmayan rejimdə imtina bildirişi göndərilmədikdə paket növbəti klirinq sessiyasına daxil edilir. Bu, əməliyyatların fasiləsiz və təhlükəsiz aparılmasını təmin edir.
