Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 7-də gecə saatlarında baş verib.

1962-ci il təvəllüdlü Riman Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər.
Riman Əlsultanov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilmiş Əntiqə Qasımova və E.Əlisultanovun vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Araşdırma aparılır.

Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 00:50 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2 nəfər (1 qadın, 1 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. 1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2025-ci il təvəllüdlü şəxsin yaxınları iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər.

Qeyd edilib ki, hadisə nəticəsində 1962-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.