Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

Heftelik.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobusla “Jiquli” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində doqquz nəfər xəsarət alıb.

Xəsarət alanlar – rayon sakinləri, mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oktay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılov Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.