Karakas və Vaşinqton Venesuela neftinin ABŞ-a ixracı barədə ümumi dəyəri 2 milyard dollar olan razılaşma əldə ediblər.

Heftelik.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.

“Razılıq hissi ilə bildirirəm ki, Venesuelanın müvəqqəti hakimiyyəti ABŞ-a 30–50 milyon barel yüksək keyfiyyətli, istifadəsinə icazə verilmiş neft təqdim edəcək. Bu neft bazar qiymətləri ilə satılacaq və ABŞ prezidenti kimi mən bu vəsaitlərə nəzarət edəcəyəm ki, onların həm Venesuela, həm də ABŞ xalqının rifahı naminə istifadə olunsun”, – Tramp paylaşımında qeyd edib.

Öz növbəsində Reuters agentliyi yazıb ki, bu razılaşma sayəsində Venesuelanın neft tədarüklərinin bir hissəsi Çindən ABŞ-a yönləndiriləcək və bu da ölkəyə neft hasilatını azaltmaqdan yayınmağa imkan verəcək.