Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işləri müvafiq orqanın qərarı ilə dövlət və yerli büdcələr hesabına aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.
Xüsusi mülkiyyətli abidələrdə işlər yalnız mülkiyyətçinin vəsaiti ilə aparıla bilər. İşlər abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyasını əhatə edir. Qoruyucu tədbirlər abidələrin toxunulmazlığını təmin edir. Müasir material və üsullardan istifadə edilə bilər.
