Abidələr dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünür.
Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.
Əhəmiyyət dərəcələrinə görə bölgü elmi təşkilatın rəyi əsasında beynəlxalq normalara uyğun aparılır. Təsdiqlənmiş siyahıdan abidə çıxarılarkən elmi təşkilatın rəyi nəzərə alınır. Dünya əhəmiyyətli abidələrin siyahısı beynəlxalq təşkilatlara təqdim edilir. Qurum və orqanlar əhəmiyyət dərəcələrinin müəyyən edilməsində birgə fəaliyyət göstərir.
