İcbari tibbi sığortanın maliyyə mənbələri xüsusi fondda cəmləşdirilir və müxtəlif istiqamətlər üzrə istifadə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanunda əksini tapıb.
Fond vəsaitləri əsasən sığorta ödənişlərinə, ehtiyatların yaradılmasına və idarəetmə xərclərinə yönəldilir.
Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan digər məqsədlərin maliyyələşdirilməsi də mümkün sayılır.