İcbari tibbi sığorta sahəsində sığortaçının geniş hüquqları təsbit olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanunda əksini tapıb.
Sığortaçı dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirir.
Bu mexanizm tibbi xidmətlərin vahid qaydada təşkilinə imkan yaradır.