Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarına əsasən, Əlizadə Elçin Ağaməmməd oğlu MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.Heftelik.az xəbər verir ki, Elçin Əlizadə 2023-cü ilin mart ayından 2026-cı ilin yanvar ayınadək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
