İcbari tibbi sığorta üzrə sığortalıların hüquqları qanunvericilikdə ayrıca təsbit olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanunda əksini tapıb.
Sığortalılar qeydiyyat və uçot məlumatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumdan əldə edə bilərlər.
Eyni zamanda onlar icbari tibbi sığorta sahəsində hüquq və qanuni maraqlarını müdafiə etmək imkanına malikdirlər.
