Təhsil müəssisələrinin akkreditasiyası Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən, ölkədə bütün təhsil pillələri üzrə fəaliyyət göstərən müəssisələr, o cümlədən xarici təhsil müəssisələrinin filial və nümayəndəlikləri akkreditasiyadan keçməlidir. Akkreditasiyanın məqsədi müəssisələrin dövlət təhsil standartlarına uyğunluğunu yoxlamaqdır. Proses, həmçinin təhsilalanların say həddinin müəyyən edilməsi və fəaliyyətin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Qaydalarda magistratura səviyyəsi üzrə proqramların akkreditasiyası da nəzərdə tutulub.
