Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələrinin qorunması hər kəsin borcudur.
Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.
Dövlət abidələrin qorunmasına təminat verir və onların elmi tədqiqi üçün zəruri qurumları yaradır. Abidələrdən səmərəli istifadə üçün şərait yaradılır və müvafiq qanuni mexanizmlər təmin edilir. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, həmçinin hüquqi və fiziki şəxslər abidələrin qorunmasına məsuldur. Bu şəxslər müvafiq orqanlara yardım göstərməli və abidələrin qorunmasına töhfə verməlidirlər.
