Xidmətlər zərfi belə olur

08 Yanvar 2026, 01:25

Tibbi sığorta sahəsində əsas anlayışlardan biri olan xidmətlər zərfinin məzmunu qanunvericilikdə dəqiq müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanunda əksini tapıb.
Xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmaqla sığortaolunanlara göstərilən tibbi xidmətləri və dərman təminatını əhatə edir.
Bu zərf ambulator və stasionar şəraitdə tibbi xidmətlərin maliyyələşdirilməsini nəzərdə tutur.