Abidələrin qorunması, öyrənilməsi və bərpası dövlət və yerli büdcələrdən ayrılan vəsaitlə maliyyələşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.

Bundan əlavə, fiziki və hüquqi şəxslərin maliyyə yardımları da təmin edilir. İanələr və sponsorluq vasitəsilə abidələrin təbliği dəstəklənir. Dövlət abidələrin səmərəli qorunmasını təmin edir. Maliyyə resursları planlı şəkildə istifadəyə yönəldilir.