Abidələrin təmiri və bərpası zədələnmiş hissələri ilkin halına gətirmək üçün aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.

Bərpa layihələri müvafiq orqan tərəfindən təsdiqləndikdən sonra icra edilir. Rekonstruksiya dövrümüzə gəlib çatmayan abidələrin yenidən qurulmasını əhatə edir. Regenerasiya abidələrin ilkin həcm-plan həllini qoruyur. Müasir avadanlıq və kommunikasiyalardan istifadə mümkündür.