Akkreditasiya prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.
Agentlik publik hüquqi şəxs statusuna malikdir və təhsil müəssisələrinin akkreditasiyasına dair bütün prosedurları təşkil edir. Bu qurum akkreditasiya komissiyaları, apellyasiya komissiyaları və Yekun Hesabatların hazırlanmasına rəhbərlik edir. Həmçinin Agentlik təhsil müəssisələrində daxili keyfiyyət təminatının qiymətləndirilməsini təmin edir. Əlavə olaraq, beynəlxalq təcrübənin tətbiqini və ekspertlərin cəlb olunmasını təşkil edir.
