Akkreditasiya Şurasının fəaliyyəti xüsusi Əsasnamə ilə tənzimlənir.

Heftelik.az-ın məlumatına görə, bu, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.

Şura Nazirlik tərəfindən təsdiqlənmiş qaydalara uyğun işləyir və akkreditasiya prosesinə rəhbərlik edir. İctimai əsaslarla fəaliyyət göstərən Şuranın tərkibinə yerli və xarici mütəxəssislər, işəgötürənlər və təhsilalanlar daxildir. Şura həmçinin Yekun Hesabatları müzakirə edir və müvafiq qərarlar qəbul edir. Lazım gəldikdə müstəqil ekspertlər dəvət olunur.