“Azərşəkər” MMC-nin sabiq rəhbəri və daha iki nəfər külli miqdarda mənimsəmədə ittiham olunur.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı cinayət işi məhkəməyə daxil olub. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun icraatına verilib.
“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehhdiyev, onunla yanaşı Əvəz Süleymanov və Ruslan Ələsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.
Zərərçəkmi qismində “Azərşəkər” MMC və “Dastan Agro” şirkəti tanınır.
Cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
