Bəzi kateqoriyalara aid şəxslər üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödənilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanunda əksini tapıb.
Həmin vəsaitlər hər ay üçün bərabər hissələrlə ödənilməlidir.
Ödənişlər növbəti ayın 15-dən gec olmayaraq həyata keçirilir.