Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin Kiçikçəkməcə (Küçükçekmece) Respublika Prokurorluğu tərəfindən barəsində istintaq başladılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Heftelik.az xəbər verir ki, o, bu barədə özünün “Facebook” hesabında paylaşım edib.

“Mediada “Ekol TV” adlı televiziya kanalı və mənim adımla bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Mənim yuxarıda adıçəkilən televiziya kanalı ilə heç bir əlaqəm yoxdur. Əvvəllər də oxşar böhtan xarakterli iddialar və xəbərlər səsləndirilib. Reputasiyama xələl gətirmək məqsədi daşıyan bu ittihamları qətiyyətlə pisləyirəm”, – iş adamı bildirib.
Qeyd edək ki, istintaqın bir müddət əvvəl fəaliyyətini dayandırdığı Ekol TV-nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə əlaqəli olduğu bildirilir.

***

saat 10.27

Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu azərbaycanlı iş adamı Mübariz Mansimov barəsində istintaqa başlayıb.

Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, istintaq əsasən bir müddət əvvəl fəaliyyətini dayandıran Ekol TV-nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə bağlıdır.

Prokurorluq onunla yanaşı Veysel Şahin, hüquqşünas Ersan Şen və Ekol TV-nin baş redaktoru Emrah Doğru barəsində istintaqa başlayıb.
Hüquq-mühafizə orqanları bəzi maliyyə əməliyyatlarını şübhəli hesab edərək onları ayrıca nəzarətə götürüb. Bildirilir ki, kanalın yaradıldığı gündən bu günə qədər olan bütün ortaq strukturları və maliyyə əlaqələri detallı şəkildə araşdırılır.
Qeyd edək ki, təxminən iki ildir fəaliyyət göstərən Ekol TV son dövrlərdə yaşanan iqtisadi çətinlikləri əsas gətirərək yayım fəaliyyətini dayandırmaq qərarı vermişdi.