Döyüş təhlükəsi olan ərazilərdən daşınar abidələrin köçürülməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda əksini tapıb.

Fövqəladə hallarda abidələr təhlükəsiz rayonlara köçürülə bilər. Silahlı münaqişələr zamanı fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə olunur. Dövlət işğal edilmiş abidələrin geri qaytarılması üçün beynəlxalq tədbirlər görür. Abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz.